İnanırıq ki, beş ildən sonra Ağdama gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq - Ettore Rosato

18:55 06.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda müharibənin acınacaqlı nəticələrinin, dəhşətli üzünün, dağıntıların şahidi olduq. Bundan təsirli görüntüləri görmək mümkün deyil.

Hafta.az xəbər verir ki, bu sözləri İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato Ağdamda jurnalistlərə bildirib.

Ettore Rosato qeyd edib ki, burada bütün evlər, infrastruktur dağıdılıb. Azərbaycan dövlətinin və xalqının səyləri nəticəsində bundan sonra bu torpaqlara həyat qayıdacaq. Dağıdılmış evlər yenidən bərpa olunacaq, buralar iqtisadi cəhətdən yenidən inkişaf edəcək. İnanırıq ki, beş ildən sonra buraya gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq.